AB əhalisi ildə bir milyon nəfər artıbbackend

1 yanvar 2025-ci il tarixinə Avropa İttifaqının əhalisi 450,4 milyon nəfərdir.

Bu barədə Eurostat-ın rəsmi saytında dərc olunmuş hesabatında deyilir.

İl ərzində bu rəqəm 1,07 milyon artıb. Artım dördüncü ildir ki, qeydə alınıb. Bundan əvvəl, 2021-ci ildə əhalinin sayı azalırdı – o zaman dinamikaya COVID-19 pandemiyası təsir etdi. Ekspertlər hazırkı artımı miqrasiyanın artması ilə əlaqələndirirlər. Uzunmüddətli perspektivdə, 1960-cı ildən bəri Aİ əhalisi demək olar ki, 96 milyon nəfər artmışdır.

Aİ ölkələri arasında Almaniya hələ də 83,6 milyon əhali ilə ən böyük əhaliyə malikdir. Ondan sonra Fransa (təxminən 67 milyon) və İtaliya (təxminən 59 milyon) gəlir. Bu üç ölkə birlikdə Aİ əhalisinin demək olar ki, yarısını təşkil edir.