Abdolbari Gozalın əziz xatirəsi əbədiləşdirildibackend

“Sabis SUN” Beynəlxalq Məktəbində “Azərsun Holdinq”in qurucusu Abdolbari Gozalın əziz xatirəsinə hazırlanmış büstün açılışı olub.

Büstün açılışını “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Ahmad Gozal və “Sabis” Beynəlxalq Məktəblər şəbəkəsinin prezidenti Karl Bistani həyata keçirib.

Qeyd edək ki,  xeyriyyəçi iş adamı Abdolbari Gozal 18 yanvar 2025-ci ildə xəstəlik səbəbindən Dubayda vəfat edib. Abdolbari Gozalın 1997-ci ildə  təsis etdiyi “Azərsun Holdinq”də  3000-ə yaxın işçi fəaliyyət göstərir.

Azərsun Holdinq Azərbaycanda ərzaq istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sektorlarında fəaliyyət göstərən iri holdinqdir. Şirkət ərzaq, qablaşdırma və digər sahələrdə fəaliyyət göstərir, ölkənin ən böyük qida istehsalçılarından və ixracatçılarından biridir.