Amerikanın “Ocean Infinity” şirkəti 11 il əvvəl Kuala-Lumpurdan Pekinə gedərkən yoxa çıxan Malayziya Hava Yollarına məxsus MH370 reysinin axtarışlarını bərpa edib.
Agentliyin mənbəsinin sözlərinə görə, axtarışlar Malayziya hökumətinin dəstəyi ilə aparılır. Əməliyyatların əhəmiyyəti və həssaslığına görə hökumət bu məsələ ilə bağlı rəsmi məlumatlara cavabdeh olacaq.
Kuala Lumpurdan Pekinə uçan Boeing 777-200 2014-cü il martın 8-nə keçən gecə radarlardan itib. Malayziya Hava Yollarına məxsus təyyarənin Hind okeanının cənubunda qəzaya uğradığı güman edilir. Təyyarədə 12 ekipaj üzvü və 227 sərnişin, o cümlədən biri rusiyalı turist olub. Axtarış əməliyyatı üç il davam edib və bir neçə ölkə tərəfindən maliyyələşdirilib. Lakin təyyarənin qalıqları heç vaxt tapılmayıb.















