ABŞ administrasiyası Çin müəssisələri də daxil olmaqla 3 şirkətə sanksiya tətbiq edib.
“İnterfaks” ABŞ Maliyyə Nazirliyinin mesajına istinadən xəbər verir ki, bu qərar onların Rusiya pilotsuz təyyarəsinin dizaynında və istehsalında iştirakı ilə bağlıdır.
Departamentin press-relizində qeyd edilir ki, məhdudlaşdırıcı tədbirlər “uzun mənzilli “Harpy” pilotsuz uçuş aparatının hazırlanmasında və istehsalında iştiraka görə” görülüb.
Sanksiyaya məruz qalan şirkətlər siyahısına Çindən olan iki təşkilat, həmçinin baş direktoru ilə birlikdə Rusiyanın “Trading House Vector” şirkəti daxil edilib.















