Birləşmiş Ştatlar Avropa İttifaqına (Aİ) idxal olunan Avropa mallarına 10%-lik rüsumlarla bağlı razılaşma təklif edib. Bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, 10%-lik tariflər aviasiya sənayesinə və spirtli içkilərin istehsalına təsir etməyəcək. Qeyd olunur ki, sazişin təfərrüatları hələ də müzakirə olunduğundan sazişin bağlanması üçün ABŞ prezidenti Donald Trampın razılığı lazımdır.
Aprel ayında ABŞ prezidenti Donald Tramp 185 ölkə üçün idxal tariflərinin yeni sistemini tətbiq edib. Baza dərəcəsi bütün idxal malları üzrə 10%, bəzi ölkələr üçün isə xeyli yüksək olub – Çin üçün 34%, Vyetnam üçün 46% və Avropa İttifaqı üçün 20%. Buna cavab olaraq Çin də Amerika mallarına 34% rüsum tətbiq etdi. Dünya ölkələrinin liderləri Trampın qərarını pisləyib, cavab tədbirləri ilə hədələyiblər.
İyul ayında Tramp ABŞ-ın BRİKS siyasətini dəstəkləyən ölkələrə qarşı 10%-lik əlavə ticarət tarifləri tətbiq edəcəyini bildirmişdi. Onun sözlərinə görə, BRİKS-in “antiamerikan siyasətini” dəstəkləyən istənilən ölkəyə əlavə 10% rüsum tətbiq olunacaq. Tramp istisnaların olmayacağını vurğulayıb.