ABŞ administrasiyası körpünün uçması ilə bağlı ilkin xərclər üçün 60 milyon dollar ayırıbbackend

ABŞ Administrasiyası Merilend ştatına Baltimor körpüsünün bərpası ilə bağlı ilkin xərclər üçün 60 milyon dollar ayırıb. Bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, vəsait Merilend ştatının körpünün təcili təmiri, layihələndirilməsi və yenidən qurulması üçün ilkin xərclər üzrə avans ödənişlərinə yönəldiləcək.

Amerikanın Baltimor şəhərinin meri Brandon Scott şəhərdəki körpünün uçmasının səbəbini irqçilik adlandırıb.

Mənbə: TASS