ABŞ Aratos şirkətlər qrupundan ixrac imtiyazlarını geri götürüb

ABŞ Rusiya kəşfiyyat orqanlarının dəstəyinə görə Hollandiya və Yunanıstandakı Aratos şirkətlər qrupundan müvəqqəti olaraq ixrac imtiyazlarını geri götürür.

RİA Novosti xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyinin bəyanatında deyilir.

ABŞ Ticarət Departamentinin məlumatına görə, ixrac imtiyazlarının geri götürülməsi Nyu-Yorkun Şərq dairəsində çıxarılan 22 may 2023-cü il tarixli cinayət ittihamı ilə bağlıdır. Müvafiq sərəncam 180 gün müddətinə verilib və uzadıla bilər.

Agentlik iddia edir ki, Aratos Qrup ABŞ-ın ixrac nəzarətindən yayınmaq üçün sənədləri saxtalaşdıraraq Rusiya kəşfiyyat orqanlarının satın alma agenti kimi fəaliyyət göstərib.

Mənbə: RİA Novosti

Related Post