ABŞ avqust ayında strateji neft ehtiyatını 2024-cü ildə maksimuma çatdırdıbackend

ABŞ Energetika Nazirliyi, ABŞ prezidenti Co Bayden administrasiyasının avqust ayında Strateji Neft Ehtiyatına (SPR) 4,2 milyon barel əlavə etdiyini bildirib.

Bu barədə “İnterfaks” xəbər verir.

Nəşr qeyd edir ki, bu, 2024-cü ilin əvvəlindən ehtiyatda maksimum artımdır. Əvvəlki (3,3 milyon barel) yanvar və may aylarında qeydə alınıb.

Önümüzdəki aylarda ABŞ hökumətinin ölkənin strateji neft ehtiyatını artırmağa davam edəcəyi vurğulanır.

Bundan əvvəl ABŞ-ın Şimali Dakota ştatının qubernatoru Duq Burqum ABŞ-ın hazırkı prezidenti Co Baydenin enerji siyasətinin Rusiya Federasiyasına kömək etdiyini bildirib.