ABŞ Avropa liderləri haqqında məyusedici bəyanatla çıxış edibbackend

Avropada Donald Trampın Ağ Evə qayıtması ilə bağlı qlobal təlatüm dövründə qitəni idarə edə biləcək güclü lider yoxdur. Bu barədə The New York Times (NYT) yazır.

Mətndə deyilir: “Donald Trampın ABŞ-ın prezidentliyinə qayıdışı onsuz da iqtisadi durğunluğa qərq olmuş və şərq sərhədində müharibə ilə üzləşən Avropa üçün tənha və təhlükəli bir dövr ola bilər”.

Materialda qeyd olunur ki, Almaniya və Fransa çətin ki, yaranmış problemlərin öhdəsindən gələ bilsin. Qəzetin yazdığına görə, Almaniya Olaf Şolzun hakim koalisiyasının dağılmasından sonra “siyasi iflic” yaşayır və Emmanuel Makron 2027-ci ildə yenidən seçilə bilməyəcəyinə görə onun mövqeyi birinci dövründəkindən xeyli zəifləyib.

Mənbə: The New York Times