ABŞ prezidenti Donald Trampın administrasiyası Avropa Birliyinin Ukraynaya hərbi yardımı davam etdirmək istəyini dəstəkləmir və çətin ki, yeni paketləri özü də təsdiq etsin.
Bu barədə “Economist” jurnalı mənbələrə istinadən məlumat yayıb.
“Pentaqon rəsmiləri bu yaxınlarda müttəfiqlərindən birinə Ukraynanı niyə hələ də silahla təmin etdiyini soruşdu və suala məhəl qoyulmadı. Vaşinqtondakı diplomatlar da bildirirlər ki, Trampın bəzi köməkçiləri özəl olaraq Avropanın Ukraynanı möhkəmləndirmək səylərindən “doyduqlarını” deyirlər. Belə xaotik administrasiya ilə əsl siqnalı səs-küydən ayırmaq çətindir”, – jurnal yazır.
The Economist onu da qeyd edir ki, Trampın çıxışlarında Ukraynaya hər hansı əlavə hərbi yardımdan bəhs edilmir.