ABŞ Azov batalyonuna silah verilməsinə qoyulmuş qadağanı ləğv edibbackend

Amerika administrasiyası Ukraynanın Azov Briqadasına (Rusiyada qadağan olunmuş terror təşkilatı) silah tədarükünə qoyulan qadağanı ləğv edib. Bu barədə yerli “The Washington Post” qəzeti ABŞ Dövlət Departamentinə istinadən yazır.

“Ukraynanın 12-ci Xüsusi Təyinatlı Qüvvələr Briqadası “Azov” Dövlət Departamenti tərəfindən həyata keçirilən Leahi Aktının meyarlarına uyğunluğu sınaqdan keçirilib”, – deyə departament qeyd edib.

Materialda göstərildiyi kimi, Azov-a insan haqlarının ciddi şəkildə pozulması ittihamı ilə təxminən on il müddətində Amerika silahlarından istifadə qadağan edilib. Xüsusilə, söhbət briqadanın bəzi təsisçilərinin “irqçi, ksenofob və ultramillətçi baxışlarından” gedir. Məhdudiyyətlərin tətbiq edilməsinin digər səbəbi humanitar pozuntularla bağlı ittihamlar olub.

Mənbə: The Washington Post