Oklahoma ştatından olan respublikaçı senator Markveyn Mullin xəbərdarlıq edib ki, ABŞ-ın hazırkı prezidenti Co Bayden dövlət başçısı vəzifəsinə başlamazdan əvvəl etdiyi hər hansı hərəkətə görə impiçment elan edilə və vəzifəsindən kənarlaşdırıla bilməz. Onun sözlərini The Hill sitat gətirir.
Onun sözlərinə görə, istənilən cinayət və ya hüquq pozuntusu o halda impiçment üçün əsas ola bilər ki, o, indiki vəzifəsində olarkən törədilib.
O, aydınlaşdırıb ki, impiçment işində Bayden ABŞ-ın vitse-prezidenti kimi gördüyü işlərə görə cavabdeh ola bilməz.
Mənbə: The Hill

