ABŞ baza dərəcəsini dəyişməyibbackend

Amerika Birləşmiş Ştatlarının Federal Ehtiyat Sistemi (FRS, Mərkəzi Bankın ekvivalenti) üç endirimdən sonra əsas uçot dərəcəsini illik 4,25-4,5% səviyyəsində saxladı, tənzimləyicinin mətbuat xidməti xəbər verir.

ABŞ maliyyə departamentinin qeyd etdiyi kimi, son məlumatlar amerikalıların iqtisadi fəallığının inamlı templə artmaqda davam etdiyini, son aylarda işsizliyin aşağı səviyyəsinin qeydə alındığını, əmək bazarında vəziyyətin sabitləşdiyini göstərir. Eyni zamanda, inflyasiya “bir qədər yüksəlmiş” səviyyədə qalır.

Dekabrın ikinci yarısında Federal Ehtiyatlar Sistemi ölkədə 2025-ci il üçün inflyasiya proqnozunu (PCE indeksi) 2,5%-ə yüksəldib.