Prezident Donald Tramp şirkətin baş direktoru Elon Mask ilə münaqişə fonunda SpaceX ilə hökumət müqavilələrinə xitam verərsə, Birləşmiş Ştatlar kosmosa buraxılışlar və kosmosda gəzintilər üçün Rusiyadan asılı vəziyyətə düşə bilər.
Bu barədə Amerikanın “Newsweek” jurnalı məlumat yayıb.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Aerokosmik Təhlükəsizliyi Layihəsinin direktor müavini Kleyton Svoup jurnala bildirib ki, SpaceX ABŞ və NASA-nın milli təhlükəsizliyi üçün son dərəcə vacibdir.
Onun sözlərinə görə, SpaceX appendiks deyil, ABŞ-ın kosmosda etdiyi hər şeydə həyati vacib orqandır.