ABŞ Britaniyaya B-52 strateji bombardmançı təyyarələrini yerləşdiribbackend

Planlaşdırılan yerləşdirmə çərçivəsində dörd B-52 strateji bombardmançı ABŞ-dan Böyük Britaniyaya göndərilib. RİA Novosti xəbər verir ki, bu barədə Pentaqon rəsmisi Patrik Rayder bildirib.

O qeyd edib ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus bu dörd B-52 Stratofortresses bu həftə ABŞ-ın Avropa Komandanlığının məsuliyyət zonasına bombardmançı işçi qrupu yerləşdirmək üçün missiyalara başlayıb. ABŞ Hərbi Hava Qüvvələrinin Avropa və Afrikadakı komandanlığının press-relizindən verilən məlumata görə, bu bombardmançı təyyarələrdən ikisi artıq Böyük Britaniyadakı hava bazasına çatıb.

Rayder həmçinin vurğulayıb ki, amerikalı pilotlar NATO müttəfiqləri və regional tərəfdaşları ilə fəal şəkildə təlim keçəcək, onlarla əməliyyat əməkdaşlığını təkmilləşdirəcək.

Mənbə:RİA Novosti