ABŞ-ın Çin ilə idxalı və ixracı 2022-ci ildə rekord həddə – 690,59 milyard dollara çatıb.
Bu barədə “Vedomosti” qəzeti ABŞ İqtisadi Təhlil Bürosunun (BEA) məlumatlarına istinadən yazıb.
Ötən il Vaşinqton Pekindən 536,75 milyard dollar dəyərində mal alıb və onu 153,84 milyard dollara satıb.
Strateji Araşdırmalar Mərkəzinin vitse-prezidenti Boris Kopeikinin qeyd etdiyi kimi, ABŞ-ın bütün xarici ticarətinin 13%-i Çinin payına düşür. Onun sözlərinə görə, ABŞ hakimiyyət orqanları tərəfindən Çin mallarına hər hansı məhdudiyyətlər makroiqtisadi nəticələrə, o cümlədən inflyasiyanın sürətlənməsi risklərinə malikdir.
Mənbə: Gazeta.ru
İctimai.az

