“Bloomberg” xəbər verir ki, ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker deyib ki, Çin Ukraynadakı münaqişənin “subsidiyasına görə” cavabdehlik daşımalıdır.
Onun sözlərinə görə, Çin hesab edir ki, Rusiya vasitəsilə proxy müharibə aparır.
“Biz Çin hökumətinin bəzi bəyanatlarında görürük ki, onlar Birləşmiş Ştatlar və müttəfiqlərimizin bu müharibə ilə məşğul olmasını və diqqətlərini başqa strateji məqsədlərə yönəldə bilməmələrini istəyirlər”, – Whitaker vurğulayıb.