ABŞ Çinin sənayelərindən birinə qarşı yeni məhdudiyyətlər tətbiq edibbackend

Birləşmiş Ştatlar ölkənin texnologiya sənayesini cilovlamaq məqsədilə Çinə süni intellekt çiplərinin və onlar üçün avadanlıqların tədarükünə yeni məhdudiyyətlər tətbiq edib. Bu barədə “Reuters” məlumat yayıb.

Yenidən işlənmiş qaydalar 2023-cü ilin oktyabrında tətbiq edilən məhdudiyyətlərə əsaslanır. Sənəddəki dəyişikliklərin həcmi 166 səhifə təşkil edir. Xüsusilə, Çinə çiplərin tədarükü ilə bağlı məhdudiyyətlər bu çipləri ehtiva edən noutbuklara da aiddir. Yeni qaydalar aprelin 4-dən qüvvəyə minəcək.

Bundan əvvəl Britaniyanın “Financial Times” qəzeti yazırdı ki, ABŞ-ın süni intellekt texnologiyaları üçün istifadə edilən çiplərin Çinə ixracına yeni məhdudiyyətlər tətbiq etməsindən ehtiyatlanan iri Çin şirkətləri təcili olaraq Amerika istehsalçısı “Nvidia”dan çiplər almağa başlayıblar.

Mənbə:Reuters