ABŞ çinli tələbələr üçün vizaları ləğv etməyi planlaşdırırbackend

ABŞ Çinli tələbələr üçün vizaları ləğv etməyə başlayacaq.

Bu barədə ABŞ dövlət katibi Marko Rubio sosial şəbəkədə məlumat verib.

“ABŞ çinli tələbələr, o cümlədən Çin Kommunist Partiyasına bağlı olanlar və ya əsas sahələrdə təhsil alanlar üçün vizaları ləğv etməyə başlayacaq” deyə o yazıb.

Rubio əlavə edib ki, ABŞ Honq-Konq da daxil olmaqla Çindən olan ərizəçilər üçün viza tələblərini dəyişəcək. Yeniliklər vizaların verilməsi zamanı daha hərtərəfli yoxlamaların aparılmasına kömək edəcək.