ABŞ-da 1 milyard dollara iki yeni raket freqatı tikiləcəkbackend

ABŞ iki raket freqatının hazırlanması və istehsalı üçün Amerikanın Marinette Marine şirkəti ilə müqavilə bağlayıb. Bu barədə RİA Novosti Pentaqonun məlumatlarına istinadən xəbər verir.

“FFG 66 və FFG 67 iki raket freqatının təfərrüatlı dizaynı və tikintisi” üçün müqavilənin dəyəri 1 milyard dollar təşkil edib.

Bütün işlərin tamamlanması altı il çəkəcək və 2030-cu ilin aprelinə qədər tamamlanmalıdır. Müqavilənin icrasına Nyu York, Pensilvaniya, Corciya, Viskonsin, Şimali Karolina və digər ştatlarda yerləşən müəssisələr cəlb olunacaq.

Mənbə: RİA Novosti