ABŞ-da ayı evə girib, çox yeyib və çarpayıda yuxuya gedibbackend

UPI yazır ki, Kaliforniyada bir ayı bir kişinin evinə girdi, bütün yeməkləri yedi və çarpayısında yuxuya getdi. Xoşbəxtlikdən, amerikalıya vəhşi heyvanı qovmağa ehtiyac qalmadı – özü getdi.

Brian adlı bir adamın dediyi kimi, o, dostları ilə göldə qayıqda üzərkən telefonuna xəbərdarlıq gəldi – kimsə gizlicə evə girib. Bundan sonra amerikalı uzaqdan mənzildə quraşdırılmış kameralara qoşulub və orada nəhəng qara ayı görüb.

“Mən çarpayımda yatmış ayı gördüm!” kişi xatırlayır.

Mənbə: UPI