ABŞ-da casusluqda şübhəli bilinən həbslərin sayı kəskin artıbbackend

Keçən il ABŞ-da casusluqda şübhəli bilinən şəxslərin həbslərinin sayı xeyli artıb. Bu barədə ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) X sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Casusluqla bağlı həbslərin sayı 35% artıb.

2025-ci ildə federal cinayət işlərinə baxan FTB 50 000-dən çox həbs edib və 2,1 tondan çox sintetik opioid fentanil ələ keçirib.

Dekabrın 16-da Kanada əks-kəşfiyyatının əməkdaşının casusluq ittihamı ilə saxlanıldığı xəbəri yayılıb. O, məxfi məlumatları Ukraynaya ötürməkdə şübhəli bilinir.