ABŞ-da çay və qəhvə qiymətləri Trampın tarifləri səbəbindən bahalaşıbbackend

ABŞ-da pərakəndə qəhvə qiymətləri 2025-ci ilin iyul ayında illik müqayisədə 14,5 faiz artaraq bütün zamanların ən yüksək həddinə çatıb. Federal Əmək Statistikası Bürosunun məlumatına görə, indi bir funt üyüdülmüş qəhvənin (0,45 kq) qiyməti 8,41 dollardır ki, bu da yazda olduğundan bir dollar bahadır, CNBC xəbər verir.

Nyu-Yorkdan Los-Ancelesə kafe sahibləri CNBC-yə qiymətləri 18-25% artırmağa məcbur olduqlarını etiraf ediblər.

Brooklyn Grind zəncirinin sahibi Michael Rodriguez şikayətlənir: “Bizim espressomuz hər fincan üçün 4,50 dollardan 5,70 dollara qədər ucuzlaşıb. Hər üçüncü müştəri narahatdır”.