ABŞ-da Demokratlar Partiyasından vitse-prezident postuna namizədlərin qısa siyahısı açıqlanıbbackend

Kamala Harris seçki kampaniyası çərçivəsində Demokratlardan ABŞ-ın vitse-prezidenti vəzifəsinə namizədlərin qısa siyahısına Arizona senatoru Mark Kelli, Pensilvaniya qubernatoru Coş Şapiro və Minnesota qubernatoru Tim Uolz daxildir. Bu barədə Bloomberg agentliyi mənbələrə istinadən məlumat yayıb.

“Ölkədə populyar olan üç seçilmiş məmurun daxil olduğu qısa siyahı ortaya çıxdı: Arizona senatoru Mark Kelli, Pensilvaniya qubernatoru Coş Şapiro və Minnesota qubernatoru Tim Uolz”, – nəşr bildirib.

Qeyd olunur ki, Harris ABŞ-ın vitse-prezidenti vəzifəsinə “geniş spektr” adlı digər namizədləri nəzərdən keçirir.

Mənbə: Bloomberg