Amerikalı tədqiqatçılar orqanizmin qocalma prosesini ləngidə və hətta geri qaytara bilən yeni dərmanları sınaqdan keçirirlər. ABC7-nin verdiyi məlumata görə, bu agentlərlə təcrübələr artıq itlər üzərində aparılıb.
Materialda bildirilir ki, Telomir Pharmaceuticals şirkətinin baş direktoru doktor Kristofer Çapman doktor Maykl Roizenlə birlikdə insan kök hüceyrələrində telomer qapaqlarını uzatmağa yönəlmiş innovativ dərmanı sınaqdan keçirib.
Qeyd edilir ki, telomerlərin artırılması orqanizmə daha çox kök hüceyrə istehsal etməyə imkan verəcək və onların bərpasına dəstək verəcək ki, bu da xəstələrin “cavanlaşmasına” səbəb ola bilər. Yeni preparatın təsiri iki qoca itə – əvvəllər xərçəng diaqnozu qoyulmuş Zevs adlı alman çobanına və artritdən əziyyət çəkən Nyufaundlend iti Bensona nümayiş etdirilib. Həbləri qəbul etməyə başladıqdan sonra onların səhhəti xeyli yaxşılaşıb.
Mənbə: Lenta.ru