ABŞ Aviasiya İdarəsi (FAA) qəzadan sonra İlon Maskın SpaceX şirkətinə Falcon 9 raketlərinin buraxılmasını qadağan edib. Bu barədə idarənin aviasiya qəzaları ilə bağlı hesabatında məlumat verilib.
“FAA iyulun 11-də Kaliforniyadakı Vandenberq Kosmik Bazasından kosmosa buraxılan SpaceX Starlink missiyası zamanı baş vermiş insidentdən xəbərdardır. Problem raketin kosmosda olarkən yuxarı pilləsinin sıradan çıxması ilə bağlıdır”, – deyə departamentin hesabatında bildirilir.
Eyni zamanda, FAA qəzaya görə bu modelin yük raketlərinin uçuşlarının dayandırılmasına qərar verib.
Mənbə: Haber global