“The New York Times” qəzetinin verdiyi məlumata görə, ABŞ vitse-prezidenti J.D. Vens həyat yoldaşını xristianlığa çevirmək istəyini bildirdikdən sonra tənqid atəşinə tutulub.
Missisipi Universitetində mühafizəkar fəal Çarli Kirkin xatirəsinə həsr olunmuş Turning Point USA tədbirində Vance hind əsilli və hindu ailəsində böyümüş həyat yoldaşı Ushanın bir gün katolikliyə keçəcəyinə ümid etdiyini bildirib.
“Mən bunu səmimi qəlbdən istəyirəm, çünki mən xristian müjdəsinə inanıram və ümid edirəm ki, nəticədə həyat yoldaşım da buna eyni cür yanaşacaq”, – Vens deyib.














