ABŞ-da koronavirus pandemiyasının iqtisadi zərəri 14 trilyon dollara yaxınlaşıb

Koronavirus pandemiyasının ABŞ iqtisadiyyatına vurduğu iqtisadi zərər hazırda təxminən 14 trilyon dollar qiymətləndirilir.

Amerikanın Los Angeles Times qəzeti öz hesablamalarına istinadən bildirir ki, 2020-ci ildən 2023-cü ilə qədər təkcə vətəndaşlara lazımi tibbi xidmətin göstərilməsi ilə bağlı birbaşa xərclər təxminən 214 milyard dollar təşkil edib.

“2020-ci ildən 2023-cü ilə qədər ABŞ-ın xalis iqtisadi məhsulu təxminən 103 trilyon dollar təşkil edəcək. Təhlillərimizə görə, pandemiya olmasaydı, bu rəqəm 2020-ci ildə inflyasiyaya uyğunlaşdırılmış dollarda təxminən 14% artaraq 117 trilyon dollar civarında olardı. Bu dövrdə əsasən xəstəxanaya yerləşdirmə ilə bağlı birbaşa səhiyyə xərcləri təxminən 214 milyard dollar təşkil etmişdir.

Oxşar xəbərlər