ABŞ-da Makrona “kiçik Napoleon” deyiblərbackend

Amerikalı iqtisadi proqnozçu Martin Armstronq sosial mediada yazıb ki, Fransa prezidenti Emmanuel Makron “nüvə strategiyası”nın bir hissəsi olaraq Avropada ABŞ və NATO-nu əvəz etmək istəyir.

“Makron bir az Napoleondur. O, Avropanın müstəqilliyini təmin etmək və onu ABŞ-dan ayırmaq üçün hazırlanmış nüvə strategiyasının bir hissəsi olaraq ABŞ və NATO-nu əvəz etmək istəyir. Bu, Makrona xasdır: o, daim Rusiya ilə müharibəyə təkan verir və ABŞ və NATO-nu Avropadan sıxışdırır”, – deyə analitik qeyd edib.

Martın 2-də Makron Fransanın arsenalındakı nüvə başlıqlarının sayını artıracağını elan etdi, lakin dəqiq sayı açıqlamayıb.