Almaniya kansleri Fridrix Merz özünü Ukraynanın və bütün Avropanın müdafiəçisi kimi göstərərək, Almaniyanın Avropa İttifaqında liderliyini təsdiqləmək niyyətindədir.
Politico yazır ki, onun qətiyyəti Almaniyanın keçmiş kansleri Angela Merkellə kəskin ziddiyyət təşkil edir.
Nəşr yazır ki, Merzin qlobal məsələlərə yanaşması “köklü şəkildə dəyişib” və o, “ölkəyə beynəlxalq səhnədə və ya Aİ-də aparıcı rol verməkdən çəkinən” sələfləri, kansler Olaf Şolz və Angela Merkeldən fərqlənir. Merz həm də Aİ daxilində daha fəal mövqe nümayiş etdirib və indi mediaya görə dondurulmuş Rusiya aktivlərindən istifadə edərək Ukraynaya kredit verilməsi üçün özünü “Avropada ən gözə çarpan vəkil” kimi təqdim edir.
“Avropa məsələlərinə gəldikdə, Merz Merkelin tam əksidir” dedi bir italyan diplomat.
“Politico” yazır ki, Tramp administrasiyasının Ukraynaya kömək etmək istəməməsi və transatlantik alyansın zəifləməsi Mersi “Almaniya xarici siyasətində çoxdan qəbul edilmiş məhdudiyyətlərdən kənara çıxmağa” məcbur edib. Bununla belə, “Merzin Almaniyanı Ukrayna və müdafiədən tutmuş ticarətə qədər digər məsələlərdə Aİ-nin əsas lideri kimi yerləşdirmək səyləri əhəmiyyətli risklər daşıyır”, – məqalədə deyilir.














