ABŞ Energetika Nazirliyinin məlumatına görə, ABŞ-ın kommersiya xam neft ehtiyatları ötən həftə gözlənilmədən 3,39 milyon barel artıb.
Bu artım analitiklərin 2,2 milyon barel azalma proqnozları fonunda baş verib. Eyni zamanda, benzin ehtiyatları 8,98 milyon barel artıb, distillə ehtiyatları isə 29.000 barel azalıb.
12 yanvarda Ağ Evin mətbuat katibi Kerolin Levitt Venesueladan ABŞ-a 31 milyon barel neft daşındığını açıqlayıb.











