ABC News-un yerli hakimiyyət orqanlarına istinadən verdiyi məlumata görə, Pittsburqdakı Karrik liseyində bıçaqlanma nəticəsində üç yeniyetmə yaralanıb.
Jurnalistlərin sözlərinə görə, yaralılardan ikisi xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərdən birinin vəziyyəti ağır, digərinin vəziyyəti isə stabil olaraq xəstəxanaya çatdırılıb. Daha bir azyaşlı isə yüngül xəsarətlər alıb və ona hadisə yerində tibbi yardım göstərilib.
Məlumatda qeyd edilir ki, hücumda məktəbdə təhsil alan 16 yaşlı şagird şübhəli bilinir. Yeniyetmə bu yaxınlarda məktəbə köçmüşdü və yaşıdları ilə anlaşmaqda çətinlik çəkirdi.
“Şübhəli nəzarətə götürülüb”, – məlumatda deyilir.