Pentaqonun keçmiş kəşfiyyat rəsmisi Rebecca Koffler deyib ki, Moskva ilə Pxenyan arasında daha sıx əlaqələr ABŞ-ın təhlükəsizliyinə ciddi təsir göstərəcək. Onun sözlərini Fox News sitat gətirir.
“İki əsas rəqibimiz güclərini birləşdirir, hərbi-sənaye əməkdaşlığını genişləndirir. Rusiya nüvə silahı və kosmik texnologiya sahəsində dünyanın ən geniş nou-haularından birinə malikdir. Onun bu nou-hauu Şimali Koreya ilə bölüşməsi ABŞ üçün yaxşı deyil”, – Koffler bildirib.
O qeyd edib ki, Rusiya nüvə, peyk və kosmik texnologiyalar sahəsində aparıcı ölkələrdən biri kimi KXDR-ə hərbi sənayesini gücləndirməkdə kömək edə bilər. Analitik hesab edir ki, hadisələrin bu cür inkişafı “açıq şəkildə Birləşmiş Ştatların maraqlarına uyğun deyil”.
Mənbə: A Haber
