ABŞ-da qaçan təhlükəli laboratoriya meymunlarından biri güllələnibbackend

Associated Press agentliyinin verdiyi məlumata görə, Missisipi ştatında qaçan təhlükəli laboratoriya meymunlarından birini güllələyərək öldürən Missisipili bir qadın olub.

Missisipi şossesində yük maşınının aşmasından sonra qaçan meymunlardan biri bazar günü səhər saatlarında uşaqlarının təhlükəsizliyindən narahat olduğunu deyən bir qadın tərəfindən güllələnərək öldürülüb”, – deyə məlumatda bildirilir.

Yerli sakin Cessika Bond Ferqyuson 16 yaşlı oğlunun həyətində meymunu gördüyünü bildirib. O, heyvanın xəstəlik daşıyıcısı ola biləcəyindən qorxduğu üçün silahdan istifadə etmək qərarına gəldiyini bildirib.