ABŞ-da Səhiyyə Nazirliyində kütləvi ixtisarlar gözlənilirbackend

Ağ Ev rəhbəri Donald Trampın administrasiyası Səhiyyə və İnsan Xidmətləri Departamentinin minlərlə əməkdaşını işdən çıxarmaq niyyətindədir.

Bu barədə “The Wall Street Journal” (WSJ) öz mənbələrinə istinadən məlumat yayıb.

Onların məlumatına görə, ABŞ prezident administrasiyası artıq icra sərəncamı hazırlayır, imzalanandan sonra Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri, Qida və Dərman Administrasiyası, eləcə də ABŞ Səhiyyə Departamentinə tabe olan digər departamentlər öz işçilərini ixtisar etməli olacaqlar.

Ehtimal olunur ki, fərman gələn həftə, təxirə salınmış işdən çıxarılma təklifi bitdikdən sonra imzalana bilər. Bu halda federal hökumət işçiləri səkkiz aylıq maaş müqabilində öz istədikləri kimi vəzifələrindən gedə biləcəklər.