ABŞ-da 200-ə yaxın Starbucks qəhvəxanası işçilərin tətili səbəbindən fəaliyyətini dayandırıb.
Bu barədə “USA Today” qəzeti yazır.
Nəşrin məlumatına görə, dekabrın 24-də tətil genişlənib. Kampaniyada ən azı 170 qəhvə mağazası iştirak edir. Tətili təşkil edən həmkarlar ittifaqı onun daha geniş miqyasda olacağını gözləyirdi. Belə ki, beş mindən çox insanın tətil edəcəyi, nəticədə ölkənin 45 ştatında yerləşən 300 qəhvəxananın bağlanacağı güman edilirdi.
Dekabrın 23-də Starbucks qəhvə şəbəkəsinin işçilərinin tətilinin bazar günü doqquz ştatı əhatə etdiyi bildirildi.
Tətillər ötən cümə günü Starbucks-ın baş qərargahının yerləşdiyi və ilk mağazasının açıldığı Los Anceles (Kaliforniya), Çikaqo (İllinoys) və Seattle (Vaşinqton) şəhərlərində başlayıb. Şənbə və bazar günləri onlar Kolorado, Ohayo, Pensilvaniya, Missuri, Nyu-Cersi və Nyu-York ştatlarında baş tutub.