ABŞ-da Tramp problemi danışılıbbackend

ABŞ-ın Vanderbilt Universitetinin dövlət idarəçiliyi professoru Con Sayds ABŞ-ın keçmiş prezidenti Donald Trampın probleminin olduğunu bildirib.

Bu barədə 19fortyfive məlumat verib.

ABŞ-dakı son iki prezident seçkiləri ilə bağlı kitabların həmmüəllifi olan Sides, “Trampın problemi  daha çox Tramp olmasıdır” deyib.

Eyni zamanda o qeyd edib ki, bu o demək deyil ki, bu siyasətçi qarşıdan gələn prezident seçkilərində qalib gələ bilməz.

Qeyd edək ki, 2022-ci ilin noyabrında Tramp 2024-cü il ABŞ prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.

Mənbə: Lenta.ru

İctimai.az