ABŞ-da uşaqlar beş yaşlı qızın başının dərisini soyaraq və boğazına çubuqla vuraraq eybəcərləşdiriblərbackend

Daily Mail yerli hakimiyyət orqanlarına və qurbanın anasına istinadən xəbər verir ki, Ohayo ştatının Klivlend şəhərində beş yaşlı qıza bir qrup azyaşlı tərəfindən vəhşicəsinə hücum edilib.

Qəzetin yazdığına görə, hadisə bir qrup uşaq qızı ucqar sahəyə aparan zaman baş verib. Zərərçəkənin anası bildirib ki, təcavüzkarlar qızını huşunu itirənə qədər döyüblər, başından ağır xəsarətlər yetiriblər və boğazına çubuqlar vurmağa çalışıblar.

“Onlar A’Marinin əlindən tutub evindən uzaq bir sahəyə apardılar. Həmin sahədə qızımı huşunu itirənə qədər döydülər”, – qızın anası deyib.