ABŞ-da uşaqların sosial şəbəkələrə girişi məhdudlaşdırılırbackend

ABŞ-ın Yuta ştatında yaşı 18-dən az olan uşaqlara axşam saat 22:30-dan səhər saat 6:30-a kimi sosial şəbəkələrdən istifadəni qadağan etmək istəyirlər.

Artıq sosial şəbəkə qadağa ilə bağlı sənəd qubernator Spenser Koks tərəfindən imzalanıb. Lakin qadağanın 2024-cü ilin martında qüvvəyə minməsi gözlənilir.

Həmçinin, yeni qanuna görə, valideynlər uşaqlarının sosial media hesablarına daxil olmaq imkanına sahib olmalıdırlar.