Amerika seçicilərinin 41%-i hesab edir ki, Birləşmiş Ştatlar növbəti beş ildə növbəti vətəndaş müharibəsi ilə üzləşə bilər. Bu, Rasmussen Reports tərəfindən dərc edilən sorğunun nəticələrindən irəli gəlir.
Eyni zamanda, respondentlərin 16%-i belə bir ssenarini “çox ehtimal” hesab edir, 49%-i vətəndaş müharibəsinin yaxın beş ildə başlamayacağına inanır, 10%-i tədqiqatçıların sualına cavab verə bilməyib.
Tədqiqat 21-23 aprel tarixlərində aparılıb. Orada 1,1 mindən çox insan iştirak edib və 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində səs vermək niyyətindədir.
Mənbə: Reports