ABŞ-da yaşayan Belarus vətəndaşı Rusiya əleyhinə sanksiyalardan yayınmaqda təqsirli bilinibbackend

Mayamidə yaşayan Belarus vətəndaşı Sergey Karpuşkin Amerika sanksiyaları altında olan iş adamından metal aldığını etiraf edib.

Bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Departamentin açıqlamasında bildirilir ki, 46 yaşlı Karpuşkin sanksiyalardan yayınmaq və pulların yuyulması sxemində iştirak etməkdə təqsirli olduğunu etiraf edib. Amerika hüquq-mühafizə orqanlarının məlumatına görə, Karpuşkin 2017-ci ilin iyulundan 2020-ci ilin avqustuna qədər 2015-ci ildən ABŞ sanksiyaları altında olan iş adamı Sergey Kurçenkodan metalların alınması yolu ilə pulları yuyub.

Karpuşkin özünü təqsirli bilib və 4,7 milyon dollar cərimə ödəməyə razılaşıb.Daha sonra onun cəzasını məhkəmə müəyyən edəcək.