Fərdi kompüterlər və printerlər istehsal edən ABŞ-ın Hewlett Packard (HP) şirkəti Ferrari Formula 1 komandasının titul sponsoru olub. Bu barədə məlumat HP-nin saytında yer alıb.
HP və Ferrari arasında çoxillik müqavilə imzalanıb, lakin müqavilənin müddəti göstərilməyib. Şirkətlərin ortaq brend dəyərlərini və innovasiyalara sadiqliyini vurğulayaraq güclərini birləşdirdikləri deyilir. HP və Ferrari həmçinin təhsil təşəbbüslərini genişləndirmək üçün birlikdə çalışacaq və bununla da gələcək nəsillərə qalıcı təsir göstərəcəklər. Bundan əlavə, HP-nin yüksək məhsuldar məhsul və xidmətlərindən istifadə Ferrari-yə təlimin səmərəliliyini artırmağa və strateji qərarların qəbulunu optimallaşdırmağa imkan verəcək.
HP sponsorluq müqaviləsi bağlandıqdan sonra Ferrari Formula 1 komandasının tam adı Scuderia Ferrari HP olaraq dəyişəcək.
Mənbə: Gazeta.ru