ABŞ defolta qarşı təcili tədbirlər elan edibbackend

ABŞ Maliyyə Nazirliyi ölkənin defoltunun qarşısını almaq üçün yanvarın 21-dən etibarən “fövqəladə tədbirlər” görmək niyyətindədir.

Bu barədə departamentin rəhbəri Canet Yellenin Nümayəndələr Palatasının spikeri Mayk Consona ünvanladığı məktubda deyilir.

“Maliyyə Nazirliyinin yanvarın 21-də görməyə başlayacağı fövqəladə tədbirlər haqqında sizə məlumat vermək istərdim. Fövqəladə tədbirlərin qüvvədə olacağı müddət əhəmiyyətli qeyri-müəyyənliklə bağlıdır” dedi.

Yellen dəqiqləşdirib ki, Xəzinədarlıq Departamenti bəzi müavinətlərin ödənilməsi üçün vəsaitin ayrılmasını dayandıracaq. O, həmçinin ödənişlərin və daxilolmaların proqnozlaşdırılması ilə bağlı mümkün çətinlikləri qeyd edib.