ABŞ-ın keçmiş prezidenti Donald Trampın keçmiş köməkçisi Con Bolton bildirib ki, 2024-cü ildə seçkilərdə qalib gəlsə, siyasətçi ölkəni NATO-dan çıxaracaq. O, bu barədə NewsNation telekanalının efirində məlumat verib.
Bolton hesab edir ki, Tramp “siyasi mənada fəlsəfəyə sadiq deyil”, onun üçün faydalı olandan çıxış edir.
O qeyd edib ki, Trampın ilk prezidentlik dövründə etdiklərinə işarə edənlər əslində “o, əks istiqamətdə hərəkət etmək istədiyini” bilmirlər.
Mənbə: A Haber

