ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinq zamanı Bryansk vilayətində və Krımda olan obyektlərə pilotsuz təyyarələrin hücumu ilə bağlı jurnalistlərin sualını cavablandırıb.
Onun cavabı Dövlət Departamentinin saytında stenoqramda dərc olunub.
“Mən ukraynalı tərəfdaşlarımıza həyata keçirməyə qərar verdikləri konkret əməliyyatlar barədə danışmağa icazə verəcəm” dedi Patel.
Eyni zamanda o, Rusiyanın “aqressiv” hərəkətlərini pisləyib və ABŞ-ın Ukraynaya dəstəyini davam etdirəcəyini vurğulayıb. Onun sözlərinə görə, ABŞ “Rusiya Federasiyasının məsuliyyətə cəlb edilməsi üçün” addımlar atmağa davam edəcək.

