Pentaqon Təhlükəsizlik Əməkdaşlıq Agentliyi bildirib ki, ABŞ Dövlət Departamenti ABŞ-ın F-16 qırıcıları və digər avadanlıqları üçün təxminən 619 milyon dollar dəyərində sursatın Tayvana mümkün satışını təsdiqləyib.
Bu barədə məlumatı RİA Novosti bildirib.
Aydınlaşdırılır ki, ABŞ bu yolla “Tayvanın silahlı qüvvələrini modernləşdirmək və etibarlı müdafiə qabiliyyətini saxlamaq üçün davam edən səylərini dəstəkləməyi” planlaşdırır.
“Mümkün satış razılaşması bu silahları əldə edən tərəfin təhlükəsizliyini yaxşılaşdırmağa kömək edəcək, həmçinin regionda siyasi sabitliyi, hərbi tarazlığı və iqtisadi tərəqqini qorumağa kömək edəcək”, deyə bəyanatda deyilir.
Mənbə: RİA Novosti
İctimai.az

