ABŞ Dövlət Departamenti Ukrayna münaqişəsinin həllində Trampın rolundan danışıbbackend

ABŞ-da Ukraynadakı münaqişə ilə bağlı qərarları yalnız prezident Donald Tramp verir. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus Fox 5 Atlanta telekanalının efirində bildirib.

Onun sözlərinə görə, necə davam edəcəyini, Ukraynadakı vəziyyətə necə təsir edəcəyini yalnız dövlət başçısı qərar verə bilər.

Eyni zamanda Brüs vurğulayıb ki, Vaşinqton Moskva ilə Kiyev arasında danışıqlar prosesinin inkişafını diqqətlə izləyir.

Dövlət Departamentinin nümayəndəsi əlavə edib ki, istənilən danışıqlar prosesi çox çətindir və bütün detallar açıqlanmır.