ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə danışıb və onu Amerikanın dəstəyinin davam edəcəyinə inandırıb. RİA Novosti bu barədə Dövlət Departamentinə istinadən xəbər verir.
Tərəflər hərbi əməliyyatların gedişini və “Ukraynada davamlı, prinsipial sülhün” dəstəklənməsi məqsədilə Maltada keçirilməsi planlaşdırılan ölkələrin nümayəndələrinin görüşünü müzakirə ediblər. Blinkenin əmin etdiyi kimi, Birləşmiş Ştatlar Ukraynanın suverenliyinə sadiq qalır və ona lazımi dəstəyi göstərməyə hazırdır.
Oktyabrın 31-də ABŞ-ın müdafiə naziri Lloyd Ostin Vaşinqtonun Kiyevə dəstəyini dayandıracağı təqdirdə Rusiyanın Ukraynadakı münaqişədə qalib gələcəyini proqnozlaşdırıb. Rəsmi bu barədə ABŞ Senatının Təxsisatlar Komitəsində keçirilən dinləmələrdə bildirib. ABŞ-ın dövlət katibi Entoni Blinken də analoji fikir bildirib. O, həmçinin hesab edir ki, Moskvanın Ukrayna münaqişəsində qələbəsi Rusiya və İranı cəsarətləndirəcək.
Mənbə: RİA Novosti