ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun Venesuelaya qarşı siyasətini sərtləşdirmək üçün kampaniyaya rəhbərlik edir, The Wall Street Journal (WSJ) məlumatlı mənbələrə istinadən yazır.
“Müzakirələrlə tanış olan insanların fikrincə, Rubio ABŞ administrasiyasının aqressiv kampaniyasını həyata keçirən ən yüksək rütbəli dövlət məmurudur”, – nəşr yazır.
Mənbələrin bildirdiyinə görə, ilkin olaraq anti-narkotik əməliyyatı kimi başlayan əməliyyat prezident Nikolas Maduroya təzyiq göstərmək üçün sanksiyaların tətbiqinə və güc təhdidlərinə çevrilib. Rubio dövlət katibi və milli təhlükəsizlik müşaviri kimi ikili statusundan istifadə edərək son aylarda Karakasa qarşı daha sərt yanaşma üçün lobbiçilik edir.













