ABŞ dünya nizamını dəyişdirməyə qadir olan yeganə ölkənin adını çəkdibackend

ABŞ hesab edir ki, Çin dünya düzənini dəyişdirmək qabiliyyətinə malik yeganə ölkədir. Bu barədə TASS ABŞ dövlət katibinin birinci müavini Kurt Kempbellə istinadən yazır.

“Co Bayden administrasiyası əmindir ki, Çin dünya düzənini dəyişmək niyyətində olan və bunu etmək üçün böyük iqtisadi, diplomatik, hərbi və texnoloji gücə malik yeganə ölkədir”.

Kempbell daha əvvəl demişdi ki, ABŞ Çini dünya səhnəsində əsas oyunçu kimi tanımalı və konstruktiv dialoq aparmalıdır.

Mənbə: TASS